Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 774 / 20.06.2008 “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli 122-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust

tarixli 443 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

1. "Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli 122-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 443 nömrəli Fərmanının 2.1-ci bəndində "Azərbaycan Respublikasının Prezidenti" sözləri "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri ilə əvəz edilisin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarını bir ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 iyun 2008-ci il

N 774

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag