Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 781 / 20.06.2008 Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»na əlavələr edilməsi və “Azərbaycan Respublikası Prezidentinin Tibb Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 fevral tarixli 87 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»na əlavələr edilməsi və “Azərbaycan Respublikası Prezidentinin Tibb Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 fevral tarixli 87 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə

 

“Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №8, maddə 440; 2006-cı il, №3, maddə 229, №6, maddə 498; 2007-ci il, №2, maddələr 86, 101, №3, maddələr 217, 227, №7, maddə 714, №9, maddə 867, №10, maddə 948; №12, maddə 1242; 2008-ci il, №1, maddə 9) ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»na aşağıdakı əlavələr edilsin:

1.1. 3.2.2-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin rəisi” sözləri əlavə edilsin.

1.2. 3.2.3-cü bəndin ikinci abzasında “Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin rəisinin birinci müavini” sözləri, “Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin rəisinin müavini” sözləri əlavə edilsin.

1.3. 3.2.4-cü bəndin ikinci abzasında “Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin köməkçisi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin rəisinin köməkçisi,” sözləri, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətində” sözləri əlavə edilsin.

1.4. 3.4.1-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətində” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası Prezidentinin Tibb Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 fevral tarixli 87 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanuvericilik Toplusu, 1999-cu il, №2, maddə 71) qüvvədən düşmüş hesab edilsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 iyun 2008-ci il

N 781

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag