Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Test imtahanının nəticələri

1 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanı üzrə 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi 2010-cu il 11 – 19 oktyabr tarixlərdə keçirilmişdir. Test imtahanı Komissiyanın “Test imtahanı mərkəzində” keçirilmişdir. 

Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılmışdır:

  1. dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;
  2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
  3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
  4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı. 

Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait Komissiyanın rəsmi internet (www.dqmk.gov.az ) saytında yerləşdirilmişdir. 

Müsabiqədə iştirak etmək üçün Komissiyada 143-ü (22.66%) qadın, 488-i (77.34%) kişi olmaqla 631 namizəd qeydə alınmışdır. Onlardan 167 nəfəri (bütün namizədlərin 26.47%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurmuşdur. Test mərhələsini uğurla başa vuran namizədlərdən

  • 38 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
  • 12 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
  • 117 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır.

Namizədlərdən 80 nəfəri test imtahanında iştirak etməmişdir. Bunlardan 46 nəfəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və 27 nəfəri Sənaye və Energetika Nazirliyi üzrə qeydə alınmış namizədlərdir. 
Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılmışdır. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdirilmişdir. 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti üzrə qeydə alınmış 5 namizəddən heç biri test imtahanından keçə bilməmişdir.
Test imtahanında uğur əldə edən namizədlərlə müsahibələr yaxın günlərdə başlayacaq.

Test imtahanının nəticələrinin dövlət orqanları üzrə ümumi statistik cədvəli 
Qeyd:

  • Müsabiqə vəziyyəti dedikdə 1 vakant yerə düşən ərizələrin orta sayı nəzərdə tutulur;
  • Test imtahanı qalibi sütunundakı "A" nəticəsi - 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
  • Test imtahanı qalibi sütunundakı "B" nəticəsi - 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
  • Test imtahanı qalibi sütunundakı "C" nəticəsi - 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamışdır, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
  • Cəmi sütünunda dövlət orqanı üzrə test imtahanından keçmiş bütün namizədlərin sayı verilib. Dövlət orqanlarının siyahısı da bu sütuna uyğun olaraq azalan qaydada verilir.

Dövlət orqanının adı

Vakansiya
sayı

Ərizə
sayı

Müsabiqə
vəziyyəti

Test imtahanında iştirak etmiş namizədlərin sayı

Test imtahanı qalibi

Cəmi

A

B

C

1

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

19

351

18.47

305

22

-

70

92

2

Sənaye və Energetika Nazirliyi

10

192

19.2

165

13

-

35

48

3

Milli Arxiv İdarəsi

1

54

54,0

52

3

-

12

15

4

Zaqatala Rayon Məhkəməsi

1

29

29,0

24

-

12

-

12

5

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti

1

5

5,0

5

-

-

-

-

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag