Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№64/13.02.2009 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 755-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 755-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

 

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 497 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1044; 2007-ci il, № 11, maddə 1107) 2.1-ci bəndində “Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən orqanlar” sözləri “birinci və ikinci hallarda Azərbaycan Respublikasının Prezidenti, üçüncü halda Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin, 2.2-ci bəndi çıxarılsın.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2009-cu il

№ 64

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag