Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 1005 / 15.09.2005 (16.09.2005) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri

üzrə Komissiyanın fəaliyyətinin təmin edilməsi haqqında

1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturu təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın işçilərinin ümumi say tərkibi 30 ştat vahidindən ibarət müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

3.1. İki ay müddətində:

3.1.1. normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3.2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyətinin təşkili üçün müvafiq binanın ayrılması və maddi-texniki təminat ilə bağlı məsələləri bir ay müddətində həll etsin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədrinə tapşırılsın ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın şöbə və sektorlarının ştat cədvəllərini təsdiq etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 sentyabr 2005-ci il

№ 1005

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 15 sentyabr tarixli

1005 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın

STRUKTURU

1. Rəhbərlik

Sədr

Sədrin müavini

Aparatın rəhbəri

2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Aparatı

Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi

İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi

Hüquq şöbəsi

Beynəlxalq əlaqələr sektoru

Mühasibat və təsərrüfat şöbəsi

Dəftərxana


ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag