Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilir

2010-cu il 15 fevral tarixdə “HYATT Hotel – Naxçıvan” otelinin “Bakı” zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə dövlət orqanlarının məsul vəzifəli şəxsləri üçün İnsan resurslarının idarə edilməsi mövzusunda təşkil etdiyi təlim öz işinə başladı. Təlim 19 fevral tarixinədək davam edəcək.

Təlimin açılışında çıxış edərək “Azərbaycanda dövlət qulluğu baxımından hazırkı vəziyyətə digər dövlətlər qibtə edə bilər”, - deyən BMT-nin rezident-koordinatoru Bruno Pueza ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatlardan da danışmış və bu yöndə düşüncələrini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram XəlilovKomissiyanın fəaliyyət göstərdiyi 3 il ərzində dövlət qulluğuna qəbulda şəffaflığı və obyektliyi təmin etdiyini bildirmiş və qeyd etmişdir ki, təlim dövlət qulluqçularının peşə bacarıqlarının inkişaf etdiriliməsi məqsədi ilə keçirilir.

Tədbirdə insan resurslarının idarə edilməsi üzrə beynəlxalq ekspert Rimantas Klepaçiusun “İnsan resurslarının idarə olunmasının elm kimi əsas anlayışlarının qısa xülasəsi”, “Dövlət qulluğunda insan resurslarının idarə olunmasının xüsusiyyətləri və müasir tendensiyaları”, “İnsan resurslarının idarə olunmasında planlaşdırma, kadrların seçilməsi, adaptasiya və fəaliyyətin qiymətləndirilməsi”, “Rəhbərlərin və liderlərin xüsusiyyətləri” və “Rəhbərin nüfuzunun və ona inamın gücləndirilməsi üzrə tədbirlər” mövzularda təqdimatı olmuşdur.

Eyni zamanda təlim iştirakçıları “İş bölgüsü: hədəflərin, məqsədlərin və tapşırıqların formalaşdırılması və tapşırılması” və “İnsan resurslarının səmərəliliyinin artırılması: iş vaxtının idarə olunması” mövzularında müzakirələr aparmışlar.

Birinci gün təlimdə dövlət orqanlarının aparat rəhbərləri iştirak etmişlər. Sonrakı günlər isə dövlət orqanlarının kadr qurumlarının rəhbərləri və əməkdaşları iştirak edəcəklər.

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag