Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 7 / 14.01.2005 «Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli, 7 nömrəli qərarına dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli, 7 nömrəli qərarına dəyişiklik edilməsi barədə
Qərar N 7


Bakı şəhəri, 14 yanvar 2005-ci il

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli, 506 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası»nın 2-ci bəndində «icra hakimiyyəti orqanlarında» sözləri «icra» sözü ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

A. Rasizadə
Azərbaycan Respublikasının Baş naziri

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag