Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 192 / 05.08.2008 Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına
əlavələr və dəyişikliklər edilməsi barədə

QƏRAR № 192

Bakı şəhəri, 20 avqust 2008-ci il

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 794 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»na aşağıdakı əlavələr edilsin:
1.1. 24-cü bəndin «d» yarımbəndində «II qrup əmək əlillərinə» sözlərindən sonra «, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə» sözləri əlavə edilsin;
1.2. 25-ci bəndin «e» yarımbəndində «I qrup əlillərə» sözlərindən sonra «və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə» sözləri əlavə edilsin.

2. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş «Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə»nin 14-cü bəndinin altıncı abzasında «I və II qrup əmək əlilləri» sözlərindən sonra «, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 160; 2001-ci il, № 11, maddə 725, № 12, maddə 803; 2003-cü il, № 4, maddə 219, № 6, maddə 342; 2006-cı il, № 9, maddə 819, № 10, maddə 903; 2008-ci il, № 2, maddə 130) ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
3.1. 1.5-ci bəndin birinci abzasında «Sağlamlıq» sözü «Uşaqların sağlamlıq» sözləri ilə əvəz edilsin;
3.2. 3.3-cü bənd üzrə:
3.2.1. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:
«ilkin əlilliyi və uşaqların sağlamlıq imkanlarının məhdudluğunu nəzarət qaydasında təsdiq etməkdən, ilkin komissiyaların əlillik və uşaqların sağlamlıq imkanlarının məhdudluğu haqqında qərarını əyani, əlil və ya sağlamlıq imkanları məhdud uşaq hər hansı səbəbdən müayinəyə gələ bilmədikdə isə əlilin, sağlamlıq imkanları məhdud uşağın valideynlərinin, digər qanuni nümayəndələrinin razılığı ilə qiyabi yolla dəyişdirməkdən;»;
3.2.2. səkkizinci abzasda «əlillik» sözündən sonra «və sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin;
3.3. 5.1-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
«Uşaqlara sağlamlıq imkanlarının məhdudluğu «Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları»na əsasən müəyyən edilir.»;
3.4. 5.4-cü bəndin dördüncü cümləsində «uşaqların» sözündən sonra «valideynlərinin, digər qanuni nümayəndələrinin» sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli  99 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 165; 2002-ci il, № 2, maddə 100; 2005-ci il, № 9, maddə 858; 2006-cı il, № 9, maddələr 821, 830; 2008-ci il, № 2, maddə 130) ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1-ci bölməsinin on birinci abzasında «uşaqlara» sözü «şəxslərə» sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddə 468; 2001-ci il, № 10, maddə 663; 2006-cı il, № 5, maddə 463; 2008-ci il, № 2, maddə 130) ilə təsdiq edilmiş «Mütəşəkkil formada bədən tərbiyəsi və idmanla məşğul olarkən sağlamlığına ziyan dəymiş vətəndaşlara tibbi, sosial və peşə reabilitasiyası üzrə xidmət göstərilməsi Qaydaları»nın «Ümumi müddəalar» bölməsinin ikinci abzasında «Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında» sözləri «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 563; 2005-ci il, № 11, maddə 1061, № 12, maddə 1228) ilə təsdiq edilmiş «Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası»nın II bölməsinin 1-ci bəndinin ikinci abzasında «və qocalar evinin baş həkimi» sözləri «, sağlamlıq imkanları məhdud uşaqlar, qocalar evinin baş həkimi, xüsusi təhsil müəssisəsinin rəhbəri» sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8 (III kitab), maddə 652; 2005-ci il, № 8, maddə 782, № 12, maddə 1228; 2008-ci il, № 2, maddə 203) ilə təsdiq edilmiş 7 və 7-x nömrəli formalarda «əlillər» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 9, maddə 693; 2001-ci il, № 11, maddə 722; 2002-ci il, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003-cü il, № 10, maddə 629; 2005-ci il, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006-cı il, № 3, maddə 298, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008-ci il, № 2, maddə 108, № 4, maddə 316) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»a aşağıdakı əlavələr edilsin:
8.1. 15-ci bəndin  ikinci  abzasında  «əlilliklə»  sözündən  sonra «, sağlamlıq imkanlarının məhdudluğu ilə» sözləri əlavə edilsin;
8.2. 97-ci bəndin birinci abzasında «əlillər» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilsin.

9. «Əlillər, hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstəlikləri olan cinayət törətmiş narkomanlar barəsində məcburi müalicə Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 oktyabr tarixli 186 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 766) adında və 1-ci bəndində «Əlillər» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilsin;
9.1. həmin qərarla təsdiq edilmiş «Əlillər, hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstəlikləri olan cinayət törətmiş narkomanlar barəsində məcburi müalicə Qaydaları»na aşağıdakı əlavələr edilsin:
9.1.1. adında «Əlillər» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilsin;
9.1.2. 1-ci bənddə «əlillərə» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilsin;
9.1.3. 2-ci bənddə «Əlillik» sözündən sonra «, sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 53; 2002-ci il, № 10, maddə 635; 2003-cü il, № 6, maddə 342) ilə təsdiq edilmiş «Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı»na aşağıdakı əlavə və dəyişiklik edilsin:
10.1. 1.9-cu bəndin birinci abzasında «əlillər (müharibə əlillərindən başqa)» sözlərindən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilsin;
10.2. 1.13-cü bəndin birinci abzasında «uşaqlıqdan» sözü «sağlamlıq imkanları məhdud uşağa» sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 374) ilə təsdiq edilmiş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı»nın  10-cu bəndində «əlillərin» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilsin;

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 27 sentyabr tarixli 127 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 534; 2004-cü il, № 10, maddə 870; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 iyun tarixli 129 nömrəli qərarı) ilə təsdiq edilmiş «Sərnişinlərin icbari sığorta müqaviləsi»nin 5.2.2-ci və 5.3.2.2-ci yarımbəndlərində «əlillik» sözündən sonra «və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilsin.

13. «Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral  tarixli 7 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 114, № 11, maddə 969; 2005-ci il, № 1, maddə 51) adında, preambulasında və 1-ci bəndində «və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə» sözləri  «, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna» sözləri ilə əvəz edilsin;
13.1. həmin qərarla təsdiq edilmiş «Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası»na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
13.1.1. adında və 1-ci bənddə hər iki halda «və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə» sözləri «, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna» sözləri ilə əvəz edilsin;
13.1.2. 2-ci bənddə «və ya əlilliyinə görə dövlət orqanından könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)» sözləri «, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanından könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna» sözləri ilə əvəz edilsin;
13.1.3. 4-cü bəndin üçüncü abzasında «əlillik» sözündən sonra «və ya sağlamlıq imkanlarının məhdudluğu» sözləri, «əlilliyinə» sözündən sonra isə «və ya sağlamlıq imkanlarının məhdudluğuna» sözləri əlavə edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 fevral tarixli 20 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 123; 2008-ci il, № 2, maddə 130) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramına (2005-2009-cu illər)» əlavə -«Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı»nın XIV bölməsinin «Məqsəd» sütununun 14.16-cı və XXIV bölməsinin «Məqsəd» sütununun 24.5-ci bəndlərində «Əlil və sağlamlıq» sözləri «Sağlamlıq» sözü ilə əvəz edilsin, XXV bölməsinin adından «əlillər və» sözləri çıxarılsın.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1073; 2007-ci il, № 12, maddə 1344) ilə təsdiq edilmiş «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»na aşağıdakı əlavələr və dəyişiklik edilsin:
15.1. 1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü bəndlərdə, 1.3-cü bəndin altıncı abzasında «əlillər» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilsin;
15.2. 1.3-cü bəndin dördüncü abzasında «əlil uşaqları» sözləri «sağlamlıq imkanları məhdud uşaqları» sözləri ilə əvəz edilsin; 
15.3. 4.1-ci bənddə «əlilləri» sözündən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri» sözləri əlavə edilsin.

16. «Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli  210 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1345) 2-ci bəndində «əlillərə» sözündən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə» sözləri, 3-cü bəndində «əlillər» sözündən sonra  «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 aprel tarixli 91 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 311) ilə təsdiq edilmiş «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası və həmin müvəqqəti yaşayış yerlərində yaşamaq müddətinin artırılmasının müstəsna halları»nın 9.4-cü bəndində «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilsin.

18. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

A. Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag