Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiya əməkdaşları 5-ci Dövlət İdarəçilik Yay İnstitutunun işində iştirak etmişlər

 

DQMK əməkdaşları Dövlət İdarəçilik Yay İnstitutunun işində iştirak etmişlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları – Hüquq sektorunun müdiri Vüqar Əsgərov, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Nərmin Mirzəyeva və rəhbərin katibi Aytən Abdullayeva "Böhrana qalib gəlmək üçün dövlət idarəetməsinin yenidən qurulması" mövzusunda 2009-cu ilin avqustun 17-dən 21-dək Latviya Respublikasında keçirilmiş 5-ci Dövlət İdarəçilik Yay İnstitutunun işində iştirak etmişlər. 
Latviya Respublikasının Hökümət Dəftərxanasının Ukraynanın Dövlət Qulluğu Baş Departamenti, Estoniyanın Maliyyə Nazirliyi və Rumuniyanın "Paul Negulescu" İdarəetmə Elmləri İnstitutu ilə birgə təşkil etdiyi Yay İnstitutu BMT İnkişaf Proqramının Dövlət İdarəçiliyində İslahatlar üzrə Regional Mərkəzi tərəfindən maliyyələşdirilmişdir. Yay İnstitutunda Şərqi və Mərkəzi Avropa, MDB və Baltikyanı ölkələrdən olan nümayəndələr iştirak etmişlər.
Tədbirin keçirilməsində əsas məqsəd maliyyə böhranı zamanı dövlət idarəetməsinin yenidən qurulması sahəsində bilik və bacarıqların inkişaf etdirilməsidir. Bunun üçün Yay İnstitutunda maliyyə böhranının səbəb və nəticələri, funksional yoxlama və audit, maliyyə böhranı zamanı dövlət idarəetməsində görülən tədbirlər, o cümlədən əmək haqqı sistemində islahatlar barədə təqdimatlar olmuş, Estoniya, Latviya, Finlandiya, Rumuniya, Tacikistan və digər ölkələrin müvafiq sahədə təcrübəsindən danışılmış, tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılmış, qrup işləri təşkil edilmişdir. 
Sonda tədbir iştirakçıları Latviya Respublikasının Hökümət Dəftərxanasında olmuşlar.

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag