Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Korrupsiyaya qarşı mübarizə üzrə siyasətin təkmilləşdirilməsi” mövzusunda regional seminar keçirilmışdir

3-4 noyabr 2011-ci il tarixlərində Korrupsiyaya qarşı mübarizə üzrə milli hökumət ekspertlərinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə üzrə strategiya və müvafiq fəaliyyət planının layihəsinin hazırlanması üzrə məsləhətlər” mövzusunda Fransanın Strasburq şəhərində regional seminar keçirilmişdir. Seminar zamanı Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edən ölkələrin və digər ölkələrin bu sahədə təcrübəsi müqayisə edilmiş və qiymətləndirmə ehtiyacları, korrupsiyaya qarşı mübarizə üzrə müvafiq göstəricilər və bu prosesə vətəndaş cəmiyyətinin cəlb edilməsi üzrə yaxşı təcrübənin mübadiləsi aparılmışdır.

 

 

Korrupsiyaya qarşı mübarizə üzrə siyasətin həyata keçirilməsi ilə bağlı təcrübənin mübadilə edilməsi məqsədilə növbəti seminarın Polşanın Varşava şəhərində keçirilməsi nəzərdə tutulur. Hər iki seminarın nəticələri 2012-ci ildə Ukraynanın Kiyev şəhərində keçiriləcək regional seminarda müzakirə olunacaq və sənədləşdiriləcəkdir. Azərbaycan Respublikasından hökumət ekspertləri qismində Azərbaycan Respublikası Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Sayyad Kərimov, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin şöbə müdiri Vüqar Əliyev, həmin idarənin baş prokuroru Orxan İsayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin böyük məsləhətçisi Anar Tanrıverdiyev iştirak etmişlər.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag