Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşı Polşada keçirilən 2-ci regional seminarda iştirak etmişdir

2011-ci il 15-16 dekabr tarixlərdə Korrupsiyaya qarşı mübarizə üzrə milli hökumət ekspertlərinin iştirakı ilə “Təhsil və ictimai məlumatlandırma da daxil olmaqla korrupsiyaya qarşı mübarizə üzrə siyasətin həyata keçirilməsi və monitorinqi” mövzusunda Polşanın Varşava şəhərində ikinci regional seminar keçirilmişdir.

Seminar Şərq tərəfdaşlığı və Avropa İttifaqının “Yaxşı idarəetmə və korrupsiyaya qarşı mübarizə haqqında” regional layihəsi çərçivəsində təşkil olunmuşdur. Tədbirdə “Anti-korrupsiya siyasəti üzrə icra və nəzarət qurumları, mexanizmləri”, “Yeni siyasətin formalaşdırılması sahəsində monitorinqin nəticələrindən istifadə edilməsi”, “İcra və nəzarət mexanizmində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi” və digər mövzularda müzakirələr keçirilmişdir. Seminarın sonunda “Korrupsiyaya qarşı mübarizə üzrə siyasətin hazırlanması və həyata keçirilməsi üçün metodik vəsait”in layihəsi iştirakçıların müzakirəsinə təqdim edilmişdir. Metodik vəsaitin 2012-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək növbəti regional seminarda qəbul edilməsi nəzərdə tutulmuşdur. 
Azərbaycan Respublikasından hökumət ekspertləri qismində Azərbaycan Respublikası Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Sayyad Kərimov, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş üzrə şöbəsinin məsləhətçisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin böyük məsləhətçisi Anar Tanrıverdiyev iştirak etmişlər.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag