Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Litvada “Kadrların idarəedilməsi” mövzusunda təlim kursu keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Respublikasının dövlət orqanlarının Kadr qurumları rəhbərləri üçün “Kadrların idarəedilməsi” mövzusunda silsilə təlim kursları təşkil etmişdir. Kurslar Litva Respublikasının paytaxtı Vilnüs şəhərində Litva İdarəçilik İnstitutu tərəfindən keçirilmişdir.

9 dövlət orqanı nümayəndəsinin iştirak etdiyi üçüncü və sonuncu təlim kursu 2008-ci ilin 14-18 iyul tarixində keçirilmişdir.
“İnsan resurslarının idarəedilməsinin əsasları”, “İşçi heyətinin idarəedilməsi siyasəti”, “İslahatlar dövründə təşkilatın inkişafı və işçi heyətinin işinin təşkili”, “İdarəetmədə rəhbərin rolu”, “İnsan resurslarının effektivliyinin artırılması”, “İnformasiya texnologiyalarının istifadəsi ilə kadrların idarəedilməsində effektivliyin artırılması” mövzularını əhatə edən təlim kursunda Litva, Azərbaycan və Avropa İttifaqı ölkələrinin təcrübəsi barədə fikir mübadiləsi aparılmışdır. 
İyulun 17-də Azərbaycan dövlət qulluqçularından ibarət nümayəndə heyəti Litva Respublikası hökumətinin Dəftərxanasında Personal ilə iş şöbəsinin müdir müavini ilə görüşmüşlər. Görüş zamanı nümayəndə heyətinə Litva Respublikası hökumətinin fəaliyyəti barədə geniş məlumat verilmişdir. Sonra dövlət qulluğu sahəsində Azərbaycan və Litva təcrübəsi barədə fikir mübadiləsi aparılmışdır.
Təlim kursunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanı Hüquq sektorunun müdiri Vüqar Əsgərov və həmin sektorun baş məsləhətçisi Nərmin Məmmədova, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçiləri Fuad Mayılov və Nərmin Mirzəyeva, Beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Anar Zeynalov, Rəhbərin katibi Aytən Abdullayeva təmsil etmişlər.
Qeyd edək ki, ilk təlim kursu 12-16 may, ikincisi isə 16-20 iyun 2008-ci il tarixlərində keçirilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag