Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Komissiyanın əməkdaşları Gürcüstanda keçirilən seminarda iştirak etmişlər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılova və Hüquq sektorunun aparıcı məsləhətçisi Elvin Əliyev 2012-ci il 29 mart tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik 1-ci Platformasının dövlət idarəetmə islahatları paneli üzrə “Şəffaflıq, vəzifəli şəxslərin gəlirlər bəyannaməsinin şəffaflığı və dövlət sektorunda məlumatların açıqlığı” mövzusunda keçirilən seminarda iştirak etmişlər.

Seminarın məqsədi Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının üzvü olan ölkələrdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatların təqdim edilməsinin elektron sistemi, məlumatların açıqlığı, ictimai institutlarla və e-ərizələrlə bağlı informasiyanın açıqlanması üzrə təcrübə mübadiləsi xarakteri daşıyırdı.

Tədbirdə “Gürcüstanda vəzifəli şəxlərin gəlir bəyannaməsinin elektron sistemi”, “Gürcüstanda ictimai institutlarla və e-ərizələrlə bağlı informasiyanın proaktiv açıqlanması”, “Finlandiyada dövlət sektorunda açıq məlumatlara mərhələli çıxış” mövzularında təqdimatlar olmuşdur.

Tədbir iştirakçıları tərəfindən Dövlət İdarəetmə İslahatları Panelinin gələcəkdə inkişaf istiqamətləri barədə müzakirələr aparılmışdır. 2012-2014-cü illər və Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik platforması üzrə tədbirlərin Azərbaycan Respublikasında keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanla yanaşı seminarda Gürcüstan, Moldova, Ukrayna, Finlandiya və Ermənistan dövlətlərinin nümayəndələri iştirak etmişlər.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag